1955-ci ilə aid digər sənəddə deyilir ki, SS-in keçmiş əsgərlərindən biri Adolf Hitler hesab etdiyi şəxslə müntəzəm təmas saxlayırmış. O hətta “Adolf Şrittelmayor” adlanan həmin şəxsin Kolumbiyada çəkilmiş fotosunu da göstərib. Şrittelmayor 1955-ci ildə Kolumbiyanı tərk edərək, Argentinaya köçübmüş.
1955-ci il, noyabrın 4-də CİA agentlərinə bu faktı araşdırmaq üçün “Girella” adlanan şəxslə görüşməyə icazə verib. Amma sonra faktları dəqiqləşdirmək çətin olduğundan və inandırıcı dəlillərin azlığı səbəbindən işi bağlayıblar.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


